Yağmursuz və dumanlı bir gün...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Gecə 1-4°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nis­bi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən yağmursuz keçəcək. Arabir duman ola­caq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Q. QASIMOV
XQ

Ekologiya