"Qılınc və qələm" romanı özbək dilində çap olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub. 

Daşkənddəki “Niso” nəşriyyatında işıq üzü görən romanı özbək dilinə Nazira Əliyeva, Muhsin Hamidov və Rustam Komilov tərcümə ediblər. Nəşrin redaktoru və nəşrə hazırlayan Abdulla Ulugovdur. 

Kitabın “Ön söz”ündə qeyd olunur ki, Məmməd Səid Ordubadinin bu əsəri XX əsr türk xalqlarının ədəbiyyatına özünəməxsus töhfə verib. Romanda bütün dövrlərdə mürəkkəb insan münasibətlərində yer tutan sevgi, qısqanclıq, karyera və hərislik duyğuları qabarıq verilib. 

“Qılınc və qələm” romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxanalarında, təhsil və elm ocaqlarında təqdimatlarının keçirilməsi  nəzərdə tutulur.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

Mədəniyyət