Poeziyamızın “Ağsəs”i

post-img

“Azərbaycan Kitab, Maarif və Po­liqrafçılar” İctimai Birliyinin “Ədəbiy­yatşünaslığa dəstək” layihəsi çərçi­vəsində nəşr edilmiş növbəti kitab tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə həsr olunub. 

“Adı soyadını eşidən şair – Qulu Ağ­səs” adlı kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır. Onun araşdırmalarında məqsəd şairin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə et­diyi aksioloji dəyərlər sistemini təhlil et­mək, özünəməxsus şeir modelinin böyük ədəbiyyat üçün səciyyəvi olan ideya və məzmun strukturu ilə vəhdətini önə çək­məkdir. 

Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin “Qulu Ağsəsin portreti” əsərindən istifadə edilib. Filologi­ya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyeva vəsaitə rəy yazıblar. 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət