“Xocalı: Şahidlər danışır" kitabı 8 dildə

post-img

Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: Şahid­lər danışır" kitabı Azərbaycan Diaspo­runa Dəstək Fondunun maliyyə dəstə­yi ilə 8 dildə (Azərbaycan, türk, ingilis, rus, italyan, ispan, alman və fransız) təkrar nəşr olunub.

Azərbaycan həqiqətlərinin tanınma­sı baxımından gərəkli vəsait olan kita­ba professor Elmira Süleymanova “Ön söz” yazıb. Redaktoru İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, tərçümə­çilər ADU-nun bir qrup müəllimidir.

Kitabda Yuxarı Qarabağın Xocalı rayonu haqqında qısa ensiklopedik mə­lumatlar, eləcə də 26 fevral 1992-ci ildə orada baş vermiş faciənin şahidlərinin xatirələri yer alıb. 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət