XIX əsrdə Azərbaycana səyahət etmiş tanınmış rus fotoqrafı Dmitri Yermakovun çəkdiyi fotoşəkillərdən ibarət kitab-albomu işıq üzü görüb.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Odlar yurduna səyahət” adlı həmin kitabdakı materiallar 1880-ci illərin sonundan XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Gürcüstan Milli Muzeyinin Yermakov Fondunda saxlanılan bu nadir fotoşəkillərin əksəriyyəti ilk dəfə dərc olunub.
Azərbaycan və ingilis dillərində tərtib olunmuş kitab-albom elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur. Təqdim olunan 260-dan çox foto tarixçilər, etnoqraflar, bədii və sənədli film çəkənlər üçün əvəzolunmaz materialdır.
Kataloqdakı maraqlı silsilələr etnoqrafik xarakter daşıması ilə diqqət çəkir.
Ə.ƏLİYEV
XQ