Heydər Əliyev Mərkəzində Lado Qudiaşvilinin sərgisi

post-img

Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.

Sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaş­vili Fondunun dəstəyi ilə təşkil olunub. 

Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəti­cəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının so­nunadək yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.

Rəssamın nəticəsi Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu ara­sında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb. O, sərginin belə yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. 

Qeyd edilib ki, boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə bir neçə xüsusi məqamları qonaqların diqqətinə çatdırıb. O, sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gür­cüstanın Azərbaycandakı Səfirliyinə təşəkkürünü ifadə edib. 

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətləri­nin olduğunu qeyd edib. Səfir bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş nazir­lərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının təməli qoyulub. "Bu yaxınlarda Gəncə şəhərin­də görkəmli gürcü şairi Nikoloz Barataş­vilinin xatirə lövhəsi açılıb. Həmçinin Qax rayonunun Əlibəyli kəndinin Gürcü Döv­lət Dram Teatrına görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin adı verilib", - deyə Z.Pataradze əlavə edib. 

Diplomat sərginin üç ay davam edə­cəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb. 

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Lado Qudiaşvilinin yaradıcılığından söhbət açaraq deyib ki, Lado çox kiçik yaşlardan rəsm çəkməyə başlayıb, onun sənəti in­diyədək hamını heyran edir. 

Lado Qudiaşvili Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə və bu sərgidə əməyi keçən hər kəsə təşəkkü­rünü bildirib.

Tədbir çərçivəsində Gürcüstanın Xalq artisti, əfsanəvi müğənni Nani Breq­vadze çıxış edib. Bakı Xoreoqrafiya Aka­demiyasının məzunları qonaqlara gürcü rəqsini təqdim ediblər.

XQ

Mədəniyyət