ADR liderinin məfkurə irsi

post-img

M.Ə.Rəsulzadə – 140

Görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli sərəncamına əsasən AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Türk Ocağı ilə birgə “M.Ə. Rəsulzadə və Türk dünyası” adlı konfrans keçirib. 

Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı M.Ə.Rəsulzadənin Türk Ocaqla­rındakı fəaliyyətindən bəhs edərək bil­dirib ki, onun fəaliyyətinin həmin dövrü lazımınca araşdırılmayıb. Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndəsi Ufuk Turqaner M.Ə.Rəsulzadə irsini yüksək qiymətləndirib: “O, Ziya Göyalpın “Türk­ləşmək, islamlaşmaq və müasirləşmək” düsturuna sədaqət göstərməklə bütöv­lükdə Türk dünyasına xidmət göstərib”. 

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev də M.Ə. Rəsulzadə irsi barədə əhatəli çıxış­lar ediblər. Milli Məclisin deputatı Arzu Nağıyev M.Ə. Rəsulzadənin 140 illiyi ilə bağlı yubiley nişanın buraxılmasını təklif edib. Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadi­gar Məmmədli Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılmasını arzu etdiyini söyləyib. 

M.Ə. Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə tədbirin təşkilat­çılarına və iştirakçılarına minnətdarlığı­nı bildirib. Sonda qonaqlar “Rəsulzadə – 140” sərgisinə tamaşa ediblər. Sər­gilənən dəyərli kitab, qəzet və jurnallarla tanış olublar. 

Ceyhun MİRZƏLİ



Son xəbərlər