Göydəniz Qəhrəmanov: Əsas məqsədimiz ölkə turizminin, xüsusilə də üzv şirkətlərin inkişafına töhfə verməkdir

post-img

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında hər iki ildən bir seçkilər keçirilir. 2022-ci ildə növbəti seçkilərimizdən sonra sayımızda demək olar ki, 100 faiz artım oldu. Üzvlərimizin sayı artdı, özəl sektor və dövlət qurumları ilə çox sıx işbirliyi həyata keçiririk. Daimi olaraq bütün dövlət strukturları ilə birgə layihələr, tədbirlər, görüşlər, müzakirələr təşkil edirik. Paralel olaraq hava yolları və xaricdəki assosiasiyalarla çox sıx əlaqələr qurmağa başlamışıq. Demək olar ki, bütün beynəlxalq turizm sərgilərində iştirak edirik. Eyni zamanda, media ilə sıx çalışırıq.

Bu sözləri müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

“Bu il üçün planlarımız çoxdur. Bir neçə layihələrimiz var ki, onların üzərində çalışırıq. Hazırda bizim idarə heyətində doqquz şirkət rəhbəri təmsil olunur. Bunlar hamısı tanınmış, nüfuzlu şirkətlərin nümayəndələridir. Əsas məqsədimiz ölkə turizminin, xüsusilə də üzv şirkətlərin inkişafına töhfə verməkdir”,- deyə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri söyləyib.

Mədəniyyət