Şəkinin “Yuxarı baş”ı muzeylər kompleksidir

post-img

Şəki şəhərində yerləşən “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Onun tərkibindəki Xan sarayı və Şəkinin tarixi mərkəzi düz 5 il əvvəl UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında “Dünya Mədəni İrsi” siyahısına daxil edilib. 

Ondan 1 il sonra – məhz bugünkü tarixdə isə Azərbaycan Prezidentinin “Şəki şəhərinin tarixi hissəsinin qorun­ması haqqında” müvafiq sərəncamı əsas götürülməklə, qoruğa milli status verilib. Dövlət başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qız­ları Leyla Əliyeva – 2022 ci il dekabrın 2-də Şəkidə olarkən “Yuxarı baş” qoru­ğu ərazisində Dövlət Turizm Agentliyi tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ümumiyyətlə, əsrlərin şahidi olan qoruğun ərazisində dövlətin müha­fizə etdiyi, dünya, ölkə və yerli əhə­miyyətli 83 tarix və memarlıq abidəsi mövcuddur. Bu sıraya Şəki xanlarının evi, karvansaralar, hamamlar, məs­cid və minarələr, tağlı körpülər, tacir malikanələri, su dəyirmanları və sair daxildir. Ətrafdakı əksər evlər də tarixi əhəmiyyətə malikdir. Bu evlərin bə­zilərində memarlıq ornamentlərindən başqa, çox gözəl işlənmiş buxarılar var. Təəssüf ki, bəzən bu evlərin sa­kinləri kirəmitli dam örtüklərini dəmirlə əvəz edirlər, bu isə qoruğun tarixi ko­loritini pozur.

Qala divarları daxilində, Xan sarayı­nın qarşısında əsrlərdən bəri əzəmətli duruşuyla könülləri fəth edən binalar­la yanaşı, sənətkarlıq emalatxanaları qalmaqdadır. Şəbəkə sənəti, kəlağayı, xovlu tikmə, təkalduz, papaqçılıq və.s sənətkarlıq sahələrinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. 

Şəkiyə səyahət edən turistlər ənənəvi olaraq Xan sarayını, Karvan­saray, mərkəzdə yerləşən digər tarixi abidələri ziyarət edir, yerli mətbəx nü­munələri ilə tanış olur, maraqlı sənət­karlıq məhsullarını alırlar. Hazırda Döv­lət Turizm Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Şəkinin dünya əhəmiy­yətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutunun yaradılması” layihəsi çərçivəsində Şə­kinin bəşəri irs dəyərlərini, dünya əhə­miyyətli abidələrini əhatə edən xüsusi turizm marşrutu hazırlanır.

Hüseyn xan Müştaqın inşa etdirdi­yi “Xan məscidi” və “Xan məscidinin sərgi zalı” Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi və Qo­ruğun nəzarəti ilə restavrasiya olunub. “Qeyr-maddi mədəni irsin təbliği” İcti­mai Birliyinin layihəsi çərçivəsində Şə­kidə kəlağayı sənətini yaşadan sənət­kar Əmiraslan Şamilovun emalatxanası abadlaşdırılıb. Bura təmir olunub, həyə­ti səliqəyə salınıb, yeni darvaza qoyu­lub, gülvurma və boyaq sexinə elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb, yeni avadanlıq və mebellər gətirilib. 

“Yuxarı baş”ın yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş me­marlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olu­nub. Binanın memarlıq irsi qorunmaq­la, onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzi­bati bina üçün uyğunlaşdırılıb, fond və arxiv otaqları yaradılıb. Başqa bir çar dövründə tikilən binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliy­yət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv tu­rizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi ya­radılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliy­yət göstərəcək.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Mədəniyyət