Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 13-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
XQ xəbər verir ki, deputatımız iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 16-da başa çatacaq.