“Utancaq qız” -Premyera

post-img

Yanvarın 21-də Müstəqil Sıfır Teatrının səhnəsində Fyodor Dostoyevskinin “Utancaq Qız” əsərinin motivləri əsasında eyniadlı monotamaşanın premyerası baş tutub.

Səhnə əsərində  intihar edən yeniyetmə qız və bunun səbəbini axtaran sələmçi əri təsvir olunur. Təsəvvürünüzə bir kişi gətirin, bu kişinin arvadı az əvvəl özünü pəncərədən atıb öldürmüşdür. Ümidsizlik, çarəsizlik, insan daxilinin qaranlıq tərəfləri, get-gedə artan psixoloji gərginlik, özünə bəraət və etiraflar. O qız niyə özünü öldürdü? Mənəvi cinayətin cəzası nədir?

Sələmçi tamaşa boyu bu suallara cavab axtarır. Dedikləri bəzən onu qurbana, bəzən də cəllada çevirir. Suallar isə getdikcə dərinləşir və açılmaz düyünlər yaradır. Tamaşanın səhnələşdirmə müəllifi və quruluşçu rejissoru Mirtalib Həsənov, quruluşçu rəssamı Fidan Şərifova, səhnə tərtibatçısı Anar Bulud, musiqi tərtibatçısı isə Fuad Məmmədovdur. Tamaşada əsas rolu aktyor Orxan Bakinskiy ifa edir. Qeyd edək ki, Müstəqil Sıfır Teatrı, sizi tamaşanın bir parçası kimi hiss etməyə və oyuna daxil olmağa dəvət edir. Sıfır - sənətin bütün stereotiplərdən arınmış halıdır.

Fidan

XQ







Mədəniyyət