“Türkologiya” jurnalının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 2023-cü ilin ikinci nömrəsi çap olunub

post-img

Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü il dönümü səbəbi ilə “Türkologiya” jurnalının 2023-cü il ikinci nömrəsi “Cümhuriyyətin 100 illiyi”nə həsr edilmişdir.

Jurnalın Cümhuriyyətin 100 illiyinə həsr olunmuş nömrəsində müxtəlif mövzulu məqalələrdə Atatürkün Azərbaycan konsepsiyasının ideoloqu – İmayıl Hikmət Ertaylan, Atatürkün dil siyasəti, Cümhuriyyət dövründə hüquq sənədlərinin tədqiqi, Cümhuriyyət dövründə Türkiyədə yazılan qrammatik kitablar və digər mövzular barəsində tədqiqatlar aparılmışdır.

Həmçinin 2023-cü ilin ikinci nömrəsində Azərbaycan, Qırğızıstan, Macarıstan, Bolqarıstan, Şimali Makedoniya, Rusiya alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub. 

Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Klassik irs”, “Ədəbi əlaqələr”, “Ədəbi irs”, “Dil əlaqələri”, “Dil və ədəbi əlaqələr” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.

“Personalia” rubrikasında isə Mehmet Akif Ersoy 150, Teymur Kerimli 70, İlham Tahirovun 60 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.

Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

 

Mədəniyyət