"Mövlanə: Eşqin zamanı"

post-img

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası fakültəsi ilə birgə fars şairi, vəhdəti-vücud fəlsəfəsinin nümayəndəsi Mövlanə Cəlalləddin Ruminin 750 illiyi münasibəti ilə anım tədbiri keçirib.

Tədbirin açılışında çıxış edən universitetin dekanı Mehmet Yüce fakültənin fəaliyyətindən danışıb. O, Mövlanə Cəlaləddin Ruminin əsərləri vasitəsi ilə onun insanlara aşıladığı bəşəri fikirlərdən söhbət açıb. Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə əməkdaşlıqlarının davam edəcəyini deyən M.Yüce Fonda dəstəyinə görə təşəkkürünü bildirib.

Sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı çıxış edərək, bu cür tədbirlərin önəmindən söz açıb,  tələbələrin Mövlanə ədəbi irsindən öyrəndiklərini həyatlarına tətbiq etmələrini tövsiyə edib.

Fondun layihə meneceri Nuri Aksu təşkilatın prezidenti Aktotı Raimkulovanın salamlarını iştirakçılara çatdıraraq təşkilatın fəaliyyətindən bəhs edib. Mövlanə əsərlərinin  yaşamaqda davam edən  mədəni irs olduğunu vurğulayıb.

Sonra Fondun əməkdaşı Fərid Hüseyn “Mövlanə Cəllaləddin Rumi və Azərbaycan ədəbiyyatı” adlı çıxışında səkkiz əsr boyunca görkəmli ədibin irsinə Azərbaycanda olan böyük maraqdan söz açıb.
Tədbir “Turan" etno-folklor ansamblının konserti ilə davam edib.

Anım tədbiri “Mövlanə: Eşqin zamanı” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.

Mədəniyyət