Tbilisi Dövlət Universitetində düzənlənən bayram sərgisində Azərbaycan guşəsi iştirakçıların böyük marağına səbəb olub.
Soydaşlarımızın “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə açılan guşədə xalqımızın milli mədəniyyət nümunələri, Borçalı xalçaları, milli musiqi alətləri, qədim alətlər, paxlava, şəkərbura nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov ölkələrimiz arasındakı dostluq əlaqələrindən bəhs edərək bildirib ki, bu cür tədbirlərin təşkili Gürcüstandakı milli azlıqların öz mədəniyyətini nümayiş etdirməsi baxımından önəmlidir. “Alyans”ın İdarə heyətinin sədri Rəna Hüseynova universitetə mərkəzin tələbələrinin əl işini hədiyyə edib.
Sonda milli azlıqların nümayəndələri milli rəqsləri ifa ediblər.
XQ

