Media: uğurlar və ən yeni problemlər

post-img

Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” adlı kitab Bakı Dövlət Universitetinin dosentləri Aynur Nəsirova və Xatirə Hüseynovanın yeni yaradıcılıq uğurudur. Qanun Nəşriyyatının bu günlərdə nəşr etdiyi 120 səhifəlik kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.

Qloballaşan dünyanın yeni nailiyyətlərindən olan internet cəmiyətin həyatına əvəzsiz  uğurlar gətirdi. Keçən əsrin sonlarından başlayan bu üstünlüklər təəsüf ki, indi həm də daha çox yaratdığı ciddi problemləri ilə də bəşəriyyəti narahat etməkdədir. İndi sosial şəbəkələrdə  yalan, böhtan və qərəz yüklü informasiyaların yayılmasında heç bir maneə yoxdur. YouTube, facebook, instaqram, twitter, tik-tok, whatsapp, teleqram kimi resurslar həm də dezinforimasiyaların tirajlanmasında ciddi rol oynayır.  Ən üzücüsü də budur ki, ənəvi mediadan fərqli olaraq, sosial media yaydığı informasiyaya görə cəmiyyət qarşısında heç bir  məsuliyyət daşımır. 

Təqdim olunan kitabda bu və bu kimi proseslərin yaranma səbəbləri araşdıdılır, eyni zamanda bugünümüzdə fəallaşan informasiya savaşının ümumi mənzərəsi göstərilməklə maraqlı faktlar əsasında elmi araşdırmalara cəlb edilir. Müəlliflər dünyada informasiya sahəsində gedən prosesləri həm nəzəri, həm də praktik çəhətdən araşdırmaqla saxta məlumatların qarşısının alınması yollarını da göstərmiş və feyk xəbərlərə dair gətirilən misallar əsasında fikirlərini əsaslandırmışlar.

Kitab filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin giriş sözü ilə açılır. Filologiya elmləri doktoru Vüqar Zifəroğlu kitabın elmi redaktoru, fəlsəfə doktoru Nüşabə Hüseynli redaktorudur. 

XQ

Mədəniyyət