Luvr sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunur

post-img

Azərbaycan rəssamlarının əsərləri Fransanın paytaxtı Parisdəki Luvr muzeyində keçirilən Beynəlxalq Müasir İncəsənət sərgisində nümayiş olunur.

Bu barədə XQ-yə Fransada yaşayan “Azərbaycan Evi”ndən məlumat verilib.

Məlumata görə, sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid və Vidal Bağırovun əsərləri yer alıb.

Sərgidə azərbaycanlı rəssamlar UNESCO-nun Beynəlxalq Mədəniyyət Diplomatiyası Assosiasiyalarını təmsil edirlər.

Qeyd olunub ki, azərbaycanlı rəssamların əl işlərində ölkəmizin mədəniyyəti, təbiəti və abidələri öz əksini tapıb.

Anar ƏLİ
XQ



Mədəniyyət