Azərbaycan multikulturalizmi Texas festivalında

post-img

ABŞ-ın Texas ştatının Piano şəhərində keçirilən XX Beynəlxalq multikultural festivalında Azərbaycan 2-ci dəfə təmsil olunub.

Diasporla İş üzrə Döv­lət Komitəsinin məlumatına görə, müxtəlif xalqların mədə­niyyətlərinin, adət-ənənələri­nin və milli mətbəxlərinin təb­liği məqsədilə təşkil olunan festivalda Avropa, Asiya və Latın Amerikası ölkələrindən nümayəndələr iştirak ediblər.

Texas ştatında və Dallas şəhərində yaşayan azərbay­canlı icmasının fəalları Dür­danə Balakişiyeva, Züleyxa Əsədova, Ləman Hendriks və digər həmyerlilərimizin təşkil etdikləri Azərbaycan guşəsin­də ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, turizm potensialını və adət-ənənələri­ni əks etdirən kitablar, suvenir­lər, milli geyimlər, mətbəx nü­munələri nümayiş olunub. Dahi Azərbaycan şairi və mütəfək­kiri Nizami Gəncəvinin ingilis dilində nəşr edilmiş “Sirlər xə­zinəsi” poeması da seyrçilərin marağına səbəb olub.

Festivalın əyləncəli proq­ramı çərçivəsində keçirilən beynəlxalq dəb şousunda Azərbaycan əsilli tanınmış rəqqasə Ləman Hendriks, milli balet və rəqslərimizin ifaçısı Vivyen Bennett çıxış ediblər. Onların ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqsləri və görkəmli Azərbay­can bəstəkarı Fikrət Əmiro­vun “Min bir gecə” baletindən parça təqdim olunub. milli rəqslərimizi və geyimlərimiz festival iştirakçılarına və ame­rikalılara xoş təsir bağışlayıb. 

XQ

Mədəniyyət