“Azərişıq”ASC  Elektrik ötürücü xətlərində elektrik mühafizə və ölçmə avadanlıqlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. “Azərişıq”ASC-nin elektrik ötürücü xətlərində elektrik mühafizə və ölçmə avadanlıqlarının satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Emil Əliyev. 

Təşkilat- “Azərişıq” ASC

H/h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiarın Bankı “Kapital Bank”ın Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqə telefonu (şəhər)- 012 440 39 93 (daxili 92-62) 

Elektron poçt: [email protected]

Ünvan- AZ1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə­ni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkan­larına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə işti­rak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keç­diyi ölkə. (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış. (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qayda­da təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq ver­gi orqanından arayış; (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olun­muş arayış; (sənədlərin təsdiqinin tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

8. İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki). 

10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təc­rübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində öz­lərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yan­lış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

12. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün hə­min sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elktrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması vacibdir. Bununla yanaşı “SATICI” son üç ildə elektrik ötürücü xətlərində elektrik mühafizə və ölçmə avadanlıqlarının satın alın­ması üçün hər birinin ümumi məbləği 3 milyon manatdan az olmamaq şər­tilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

13. Müvafiq lisenziya və icazələr. 

14. Rəsmi distribyutor və diler müqaviləsi və ya məktub.

15. Ən azı 2 şirkətdən tövsiyyə məktubu təqdim olunmalıdır.

16. Satınalınan mal-materialların nümunələri təqdim olunmalıdır və təqdim edilən mal-materiallara 3-5 il ərzində zəmanət verilməlidir. (Çin Xalq Respublikasının mal-materialları təqdim edilməməlidir).

17. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

18. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

19. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

20. Təklif olunan mallar əsas şərtlər toplusundakı parametrlərə tam cavab verməlidir.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edil­məlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Res­publikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 noyabr 2023-cü il saat 15.30-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16 noyabr 2023-cü il saat 15.30-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim et­məlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarı­lacaqdır.

İddiaçıların təklifləri 17 noyabr 2023-cü il saat 15.30-da Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati bi­nasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

Tender komissiyası

Reklam və elan