Qarabağ “DOST”unun “1 pəncərə” xidməti

post-img

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Bərdə şəhərinə səfəri çərçivəsində Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Ouldla Qarabağ Regional DOST Mərkəzinə baş çəkib, vətəndaşlara xidmət prosesi ilə tanış olublar. 

DOST konsepsiyasının ölkəmizdə döv­lət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb. 

Nümayəndə heyəti üçün konsepsi­ya barədə nümayiş etdirilən təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosi­al müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstə­rilən xidmətlər barədə məlumat verilib.

H.ZƏRİFƏ
XQ

Sosial həyat