Borçalı igidləri zəfər yürüşündə

post-img

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Borçalıdan Şuşaya ge­dən yol” adlı yeni kitabı işıq üzü görüb.

Bu, müəlifin eyni adda hazırladığı 2-ci kitabdır və 2020-ci ilin payızında ölkəmi­zin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə şərəflə vu­ruşaraq şəhid və qazi olmuş Borçalı əsilli soydaşlarımızdan bəhs edir. 

Birinci kitabda olduğu kimi, bu topluda da Qarabağ müharibəsi şəhidlərinin və bu gün müharibə veteranı kimi şərəfli ad daşıyan soydaşlarımızın həyat hekayələ­ri maraqlı dillə qələmə alınıb. Haqqında söhbət açılanlardan 3 nəfəri Azərbayca­nın Milli Qəhrəmanıdır, qalan 40 nəfər isə şəhadətə yüksələn, eləcə də qazi olan və döyüş hünərlərinə görə orden və medalla­ra layiq görülənlərdir. 

Kitabın redaktoru polkovnik Elşad Həsənov, məsləhətçi isə polkovnik Tel­man Budaqovdur.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət