44 günlük Vətən müharibəsi tarxinə dair yeni nəşrlər

post-img

Siyasi Təhlil və Araşdırmaları İctimai Birliyinin (STA) təklifi ilə  “STA kitabxanası” seriyasından tarix elmlər doktoru  Mais Əmrahovun “Ataların qəhrəmanlıq yolu nəsillərə örnəkdir”, tarix elmlər doktoru Tofiq Mustafazdənin  “10 noyabr bəyanatı : Cənubi Qafqazda yeni geosiyasi fiqurasiyaya doğru”,  tarix elmlər doktoru Mehman Süleymanovun “Şuşa sən azadsan!” və “Vətən müharibəsi: tarixi zəfər” kitabları nəşr olunub.

Kitablar   tarix elmləri doktoru, AMEA Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun ümumi elmi redaktəsi ilə dərc olunub.

Azərbaycanın müstəqillik tarixinə şərəfli bir səhifə açan 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərə həsr edilmiş kitablarda bu böyük Zəfərin qazanılması  üçün Azərbaycan dövlətinin, xalqının və ordusunun qarşılaşdığı sınaqlar, Azərbaycan ərazilərinin işğalının əbədiləşdirilməsi üçün Ermənistanın və onun havadarlarının apardığı siyasət, Azərbaycana qarşı davam edən hərbi-siyasi təxribatlar   geniş  işıqlandırılır. Başlıca diqqət  30 ilə yaxın işğal altında olan, bütün infrastrukturu  dağılan, ekologiyası məhv edilən Azərbaycan ərazilərinin azad edilməsi üçün Azərbaycan xalqının, ordusunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinə və 44 gün ərzində aparılan mübarizə nəticəsində işğalçılığa son qoymasına yetirilir. Böyük Zəfərin əldə edilməsində   Prezident İlham Əliyevin Ali Baş Komandan kimi tarixi fəaliyyətindən, Vətən müharibəsinin gedişində dünya hərb təcrübəsinə gətirilən və hazırda dünyanın qabaqcıl beyin mərkəzləri tərəfindən də öyrənilən yeniliklərdən də geniş şəkildə söz açılır.

Azərbaycan Orudusunun keçdiyi döyüş yolu xronoloji ardıcıllıqla   öz əksini tapır. Şuşanın qəhrəmanlıq tarixi, şəhərin əsasının qoyulduğu vaxtdan bu şəhər üzərinə edilmiş bütün hücumlar və onların nəticələri, həmin hücumlar qarşısında qalanın uğurla müdafiə olunması haqda müxtəsər məlumat təqdim edilir.

Təcavuzkar Ermənistanın təslim aktı olan 10 noyabr 2020-ci il tarixli üçrtərəfli bəyantından , onun  qlobal və regional geosiyasi arxitekturaya göstərdiyi təsirdən bəhs edilir,  erməni işğalçılarını məğlubiyyətə gətirən səbəblər araşdırılır.

AMEA Tarix İnstitutunda müəlliflərlə keçirilən görüşdə çıxış edən institutun baş direktoru Kərim Şükürov layihənin əhəmiyyətindən bəhs edib, bu nəşrlərin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.

Kitablar mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “STA kitabxanası” seriyasında dərc olunan kitablar KİV-lər, QHT-lər, ali təhsil müəssisələri və kitabxanalara  pulsuz yayılacaqdır.

Anar Əli,
XQ

Mədəniyyət