Bişkekdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab çap olunub

post-img

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar türk şair- və tərcüməçi Yusif Aslanın “100 yaşın mübarek Haydar Aliyev” şerlər kitabı türk dilində nəşr edilib. 

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında nəfis tərtibatla çap olunan topluda Ümummilli Lider Heydər Əliyevin Vətənə, Anaya, ataya, ağsaqqallara, qadınlara, uşaqlara münasibətini əks etdirən poeziya nümunələri verilib.   

Bu kitab Fondun Bişkekdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar nəşr etdirdiyi səkkizinci topludur.

Xatırladırıq ki, bu fondun Azərbaycan həqiqətləri ilə bağlı Qırğızıstanda çap etdirdiyi 157-ci topludur. 

Onu da deyək ki, fondun çap etdirdiyi kitablar Mərkəzi Asiya ölkələrində pulsuz yayılır. 

Qulu Kəngərli 

“Xalq Qəzeti”nin xüsusi müxbiri

Bişkek

Mədəniyyət