“3 dənizin əfsanəsi”

post-img

Sovet dövründə “qara qızıl”ın – neftin xalqımızı ağ günə çıxaracağı əfsanə sayılırdı. Lakin XXI əsrin astanasında bu xülya gerçəkləşdi. Bu, yalnız ona məxsus nüfuzedici müdrik baxışları ilə qaranlığın sonunda gur işıq seli sezərək, Xəzərin ən böyük əfsanəsini reallaşdıran və özü də əfsanəyə çevrilən Heydər Əliyevin uzaqgörən siyasəti ilə mümkün oldu.

YAP Yasamal rayon təşkilatın­da təqdim olunan “Üç dəniz əfsanə­si” sənədli filmi bu danilmaz həqiqət haqqındadır. Filmin ideya müəllifi Ül­viyyə Abdullayeva, ssenari müəllifi İl­hamə Novruzova, quruluşçu rejissoru Əlihüseyn Məlikov, prodüseri Firuzə Cəlilova, məsləhətçisi Mehriban Alışa­novadır.

Ulu öndərin 100 illik yubileyinə həsr olunan filmdə Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru kəmərinin önəmi ilə yanaşı, böyük siyasi mahiyyətindən bəhs edilir. Bildirilir ki, məhz dünya­şöhrətli siyasətçi Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi həyatında çox mü­hüm rol oynadı.

Sənədli kadrlarda möhtəşəm neft kəmərinin inşası ilə bağlı Heydər Əliyevin verdiyi qərar və həmin illər­dəki mürəkkəb tarixi şərait, xaricdən göstərilən təzyiqlərə rəğmən bu pro­sesdə Azərbaycanın milli maraqlarının qorunub saxlanılması, Bakı–Tbilisi–Ceyhan kəmərinin maliyyələşməsinə mane olan amillər və onun həllinin ta­pılmasında Heydər Əliyev fenomeninin rolu tarixi faktlarla açıqlanır, “Üç dəniz əfsanəsi”nin hazırkı inkişafından və bu unikal neft strategiyasının Qarabağ münaqişəsinin həllindəki rolu diqqətə çatdırılır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Xəzər, Qara dəniz və Ağ dənizi birləşdirən bu tarixi kəməri “Üç dəniz əfsanəsi” adlandırırdı.

Filmdə Ələt Azad İqtisadi Zona­sının səlahiyyətli qurumunun rəh­bəri Valeh Ələsgərov, Azərbaycanın 1993–1998-ci illərdə xarici işlər naziri olan Həsən Həsənov və Türkiyənin ADCO neft qatqıları şirkətinin rəhbəri Selçuk Akat ulu öndərin layihənin hə­yata keçirilməsindəki rolu ilə bağlı xa­tirələrini bölüşürlər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnkişafa Doğru İnteqrasiya” İcti­mai Birliyinin ərsəyə gətirdiyi filmin təqdimat mərasimində Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əh­mədova, Vüqar İskəndərov, Məzahir Əfəndiyev, Qeyri-Hökumət Təşkilatla­rına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və başqaları çıxış edərək “Üç dəniz əfsanəsi” möv­zusunun uğurlu ekran həllindən, filmin yaradıcı heyətinin ideyaya peşəkar ya­naşma tərzindən və mövzunun ekspert mülahizələri ilə çatdırılmasından danı­şıblar.

“Üç dəniz əfsanəsi” ulu öndərin 100 illiyinə layiqli töhfədir.

XQ

Mədəniyyət