Dövlətçilik tariximizdə Heydər Əliyev fenomeni

post-img

“Heydər Əliyev İli” çərçivəsində sentyabrın 29-da Gəncə şəhərində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının gənclərlə növbəti görüşü keçirilib.

Tədbirdə partiyanın Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göy­göl, Samux və Kəlbəcər rayon təşki­latlarının üzvü olan fəal gənclər işti­rak ediblər.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbay­can Partiyasının silsilə tədbirlər keçir­diyini bildirib.

Ulu öndər Heydər Əliyevin Azər­baycan xalqı qarşısında misilsiz xid­mətlər göstərdiyini deyən B.Aslanov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib.

YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov, YAP Ve­teranlar Şurasının üzvü, professor Vahid Novruzov və başqaları vurğula­yıblar ki, gənclərlə görüşün keçirilmə­sində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azər­baycanın müasir tarixi, ölkəmizin in­kişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

XQ

Sosial həyat