Mədəniyyət xəbərləri

post-img

Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pi­anoçu və bəstəkar İsfar Sarabski və tarzən Bəhruz Zeynalın konsert proqramı maraqla qarşılanıb. 

Caz konsertində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, həm­çinin Azərbaycan xalq mahnıları caz improvizasiyaları ilə təqdim olunub. Eləcə də İsfar Sarabskinin bəstələ­diyi “Novruz”, “Qarabağ atları”, “Area DNA”, “The Edge” və “Naməlum“ əsərləri, Bəhruz Zeynalın isə müəl­lifi olduğu “Batin” kompozisiyaları tamaşaçıların alqışlarını qazanıb. İ.Sarabskinin bəstələdiyi əsəri isə ilk dəfə ictimaiyyət üçün səsləndirilib.

Qeyd edək ki, İsfar Sarabski və onun rəhbərlik etdiyi musiqi qrupu sentyabrın 15-dən oktyabrın əvvəlinə­dək Azərbaycan musiqi mədəniyyəti­nin tanıdılması məqsədilə Avropanın bir sıra ölkələrində qastrol səfərində­dir. Səfər çərçivəsində məşhur “War­ner Music Group” şirkətinin əməkdaş­lığı ilə yazılan “Planet” albomunun da təqdimatı keçirilir.

***

Azərbaycan Dövlət Gənc Tama­şaçılar Teatrının kollektivi Qırğızıs­tanın paytaxtı Bişkek şəhərində ke­çirilən “ART – ORDO 2023” IX Teatr Festivalında Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında Elşad Rə­himzadənin quruluş verdiyi “İna­nıram” adlı monotamaşa ilə çıxış edib.

Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunmuş festivalda tamaşanın yaradıcı heyəti festivalın xüsusi mükafatına, teatrın aktrisası Zemfira Əbdülsəmədova isə ana rolu­na görə "Ən yaxşı qadın" nominasiya­sı üzrə mükafata layiq görülüb.

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlə­rimizə və onların analarına həsr olu­nub.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ



Mədəniyyət