Azərbaycan filmi qitələri gəzir

post-img

“Ultra Production” şirkətinin istehsalı olan “Məhvolma” qısametrajlı bədii filmi festival səyahətini davam etdirir.

Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüser­ləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.

Ekran işi dünya premyerasını Busan Beynəlxalq Film Festivalında (Koreya) edib. Film daha sonra Asiya Bey­nəlxalq Kino Həftəsində (Çin), Los-Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), “Land of Short Films” Beynəlxalq Film Festivalında (Qırğızıstan) təqdim olunub.

Filmin Avropa premyerası isə oktyabr ayında Linz Bey­nəlxalq Qısametrajlı Film Festivalında (Avstriya) olacaq.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət