Azərbaycanlı rəssamın Tallində iki sərgisi

post-img

İyirmi ildən bəri Estoniyada yaşayan Rövşən Nur bir çox beynəlxalq sərgilərin iştirakçısı kimi sənətsevərlərə yaxşı tanış­dır. Rəssamın milli xalçalarımıza və təsviri sənətimizə həsr olunan sərgisi Azərbay­can Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tallinn şəhərindəki Dizayn və Memarlıq Qalereyasında açılıb. 

Sərginin açılış mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadim­ləri, Estoniyada ya­şayan etnik azlıqların nümayəndələri işti­rak ediblər. Qonaq­lara milli musiqi və rəqslərimiz, həmçi­nin Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

Sərgidə rəssamın “Tarix” mövzusunda yaratdığı 100-ə yaxın əsəri nümayiş etdiri­lir. Ekspozisiyaya baxanlar onun fərdi ya­radıcılıq üslubunu yüksək qiymətləndirir­lər. Ziyarətçilərin, həmçinin xalçatoxuma və naxışların rəsmi üzrə ustad dərslərində iştirak etmək imkanı var. 

Rövşən Nurun Milli Mədəniyyətlər Günü ilə əlaqədar daha bir sərgisi Tallinin “Baron” otelində təşkil olunub və davam edəcək. Bu sərgidə, həmçinin Azərbayca­nın milli xalçaları nümayiş etdirilir, xalça­çılıq üzrə ustad dərslərinin təşkili nəzərdə tutulur. 

“Tarix” sərgisi sentyabrın sonunadək, “Baron”dakı sərgi isə ayın 24-dək davam edəcək.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət