Qədim türk yazıları Niderlandda

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Niderland Krallığının paytaxtı Amsterdamda qədim türk yazı­larından olan petroqliflərə, tamğalara və runik işarələrinə həsr edilmiş sərgi təşkil olunub. 

Fondun Azərbaycan, Qazaxıstan və Türkiyənin Niderlanddakı səfirlikləri ilə işbirliyi çərçivəsində ərsəyə gələn sərgi Amsterdam Yunus Əmrə İnstitutunun bi­nasında gerçəkləşib.

Fondun prezidenti Günay Əfəndiye­va sərginin açılış mərasimindəki çıxışın­da bildirib ki, layihədən məqsəd qədim türk yazı nümunələrinin tədqiq və təbliğ edilməsi, eləcə də geniş auditoriyalara çatdırılmasıdır. O, ümumtürk mədəniyyə­tinin ayrılmaz parçası olan qədim türk ya­zılarının bəşəri sivilizasiyanın inkişafında önəmli rol oynadığını vurğulayıb. 

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Qazaxıstan sə­firi Askar Jumagaliyev, Türkiyə səfiri Sel­çuk Ünal, Amsterdam Yunus Əmrə İnstitu­tunun rəhbəri Adil Akaltun türk xalqlarını birləşdirən qədim yazı irsinin araşdırılma­sının müasir dövrdə önəmini vurğulayıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fon­dunun bu istiqamətdə fəaliyyətini təqdir ediblər.

Sərgidə tətbiqi sənət ustalarının əl iş­ləri təqdim olunub və ustad dərsləri keçi­rilib və mühazirə oxunub.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət