Şairin “Yaddaş ətri”

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair, Prezident təqaüd­çüsü, Beynəlxalq Rəsul Rza ədəbi mükafa­tı laureatı Balayar Sadiqin yenicə çapdan çıxmış “Yaddaş ətri” şeirlər və poemalar kitabının təqdimatı olub. 

Tədbiri AYB-nin katibi İlqar Fəh­mi açaraq, çağdaş poeziyamızın ta­nınmış nümayən­dələrindən biri olan Balayar Sadiqin yaradıcılıq məziy­yətlərindən bəhs etdi. Şair-publisist Ağacəfər Həsənli, filologiya elmləri doktoru, professor Elman Quliyev, “Kredo” qəzetinin baş re­daktoru Əlirza Xələfli və başqaları müəlli­fin poetik duyumu, hadisələrə özəl yanaş­ması, poetikasının janr müxtəlifliyi barədə danışdılar. Qeyd olundu ki, kitabda şairin maraqla oxunan “Gülümsə, Vətən”, “Qı­zılbaş”, “Sözün Lənkəran ətri”, “İstanbula məktub” və “Zindan görüşləri” poemaları da yer alıb. Natiqlər ona yeni yaradıcılıq uğurları arzuladılar.

Balayar Sadiq tədbirə görə AYB rəh­bərliyinə, xoş sözlərə görə natiqlərə min­nətdaqlığını bildirdi, yeni şeirlərini oxudu və “Yaddaş ətri”nin nüsxələrini imzalaya­raq oxuculara təqdim etdi. 

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət