Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (AMM) “Özbəkistan-Azərbaycan Dostluq cəmiyyəti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Prdaqoji Universiteti ilə birgə AMM-də Azərbaycanın Milli Musiqi Günü münasibəti ilə “İki xalqın musiqi inciləri” adlı tədbir keçirib.
Mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor- müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəl Mədəniyyət Mərkəzin foyesində təşkil ediən “Qafqazın konservatoriyası – azad Şuşa” və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Çay süfrəsi arxasında keçən musiqi bayramında Ulu Öndər Heydər Əliyevin, Üzeyir Hacıbəylinin milli mədəniyyətimizə verdiyi töhfələrə dair fikirləri, Üzeyir Hacıbəylinin yaradıcılığı və Prezident İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən tədbirlər, Xarı bülbül festivalına dair videomaterial nümayiş etdirilib.
AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq bildirib ki, bu gün Şərqdə ilk operanın müəllifi, Azərbaycanın dahi bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur.
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 18 sentyabr -Üzeyir Hacıbəylinin anadan olduğu gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Azərbaycan milli musiqisinin əısasını qoyan Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operası mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında (Hazırda Akademik Musiqili Teatr) tamaşaya qoyulur və bu, Şərqdə sənhə həyatı alan ilk opera olur.
Sonra Üzeyir Hacıbəyli bir-birinin ardınca “Əsli və Kərəm” operasını, Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarını, həmçinin Azərbaycan opera sənətinin zirvəsi olan “Koroğlu operasını yaradır.
S.Abbasov bildirib ki, “Arşın mal alan” operettası Özbəkistanda da məşhurdur və vaxtaşırı olaraq ölkə televiziyalarında nümayiş etdirilir. Ötən illər ərzində Özbəkistan teatrlarında bu tamaşa dəfələrlə özbək və rus dillərində tamaşaya qoyulub.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin dosenti Davron Kadirov özbək və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, dilimiz, dinimiz və adət-ənənələrimizin eyni olduğunu diqqətə çatdırıblar. Onun sözlərinə görə, Özbəkistanda elə bir şənlik olmaz ki, orada Azərbaycan musiqisi səslənməsin. Ölkəmizdə Azərbaycan musiqisini-muğam və xalq mahnılarınızı çox sevirlər.
AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Şuşa” rəqs ansamblının üzvləri milli rəqlərimizi, İlham Abdullayev saz havalarını, Rəna Əzizova, Davron Kadirov, Sevinc Ruzmetova, Nilufar Kuşokova, Fatima Safoyeva Azərbaycan və özbək dilində mahnılar, yeniyetmə pianoçu Əli Abbaslı isə fortepianoda Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Musiqi bayramı bir neçə saat davam edib.
Qulu Kəngərli
“Xalq qəzeti”nin xüsusi müxbiri
Daşkənd