“Yuğ” teatrı yeni tamaşanın məşqlərinə başlayıb

post-img

Azərbaycan Dövlət “Yuğ” Teatrında məşhur türk dramaturqu Toyqun Orbayın “21:15 qatarı” pyesi əsasında hazırlanan yeni tamaşanın məşqləri keçirilib.

Sənət ocağından XQ-yə bildirilib ki, səhnə əsəri rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanır.

Tamaşada rolları Xalq artisti Məmmədsəfa Qasımov və Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcəklər.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.

Mədəniyyət