MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

post-img

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Or­kestri Rusiyanın Yekaterinburq şəhə­rində IX Beynəlxalq Nəfəs Alətləri Or­kestrləri Festivalında ölkəmizi təmsil edib.

Festivala bədii rəhbər-direktor, dirijor, Əməkdar incəsənət xadimi Əlibala Rza­yevin başçılığı ilə 36 nəfərlik heyət qa­tılıb. Eyni zamanda, Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Kras­noyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı festivalda orkestrlə birgə çıxış edib.

*** 

Azərbaycan və Rusiya pianoçu­su, bəstəkar Riad Məmmədov “Live at The Pushkin Museum” albomunun işıq üzü görməsi münasibətilə Mosk­vada xüsusi konsert proqramı ilə çıxış edib.

“Muzeon” parkında təşkil olunan kon­sertdə Riad Məmmədov konsertin birin­ci hissəsində İohann Sebastyan Baxın əsərlərini öz transkripsiyasında və bu əsərlərə improvizələri təqdim edib. Daha sonra proqram caz standartlarının ifası ilə davam edib.

***

Dövlət Turizm Agentliyinin tabe­liyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Mo­toklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçi­rilib.

İlk dəfə olaraq təşkil edilən festival­da ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar iştirak edib. Onlar güclü və dəbli motosiklet, təcrübəli moto­sikletçi, uzağa yürüş, qol güləşi və digər müsabiqələrdə mübarizə aparıblar. Fes­tival çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödəniş­siz peşəkar təlimlər keçirilib. Şou proq­ramlar da maraqla qarşılanıb. 

Hazırladı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”





Mədəniyyət