47 gənc xaricdə təhsil alacaq

post-img

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, “Gənc­lərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.

Məlumatda bildirilir ki, qarşıdakı tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

Beləliklə, 2023–2024-cü tədris ili üçün Dövlət Proqramı çərçivəsində, ümumilikdə, dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan vətəndaşı təhsil almaq imkanı əldə edib. Proq­ram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universi­tetindən qəbul bildirişi alıb. Onlardan 9 nəfəri Harvard, 2 nəfəri Massachu­setts Texnologiya, 2 nəfəri Oksford, 8 nəfəri London İmperial Colleci, 2 nəfəri ETH Zariç kimi nüfuzlu uni­versitetlərdə təhsil almaq hüququ qa­zanıb. 

“Xalq qəzeti”

Sosial həyat