Gənc yazıçı növbəti kitabını təqdim etdi

post-img

Avqustun 20-də “Çinar kitab evi”ndə gənc yazıçı Nemət Mətinin "Gözəgörünməzlər" kitabının təqdimatı keçirildi. Tədbirdə "Ədəbiyyat və kütlə", "Sonuncu uçuş" kitabları ilə yanaşı, növbəti “Gözəgörünməzlər” adlı hekayələr toplusu müəllifin imzası ilə oxuculara təqdim olundu. 

İlk kitabı "Ədəbiyyat və kütlə" adlanan yazıçının ikinci kitabı "Sonuncu uçuş" adı ilə çap olunub. Bu kitab Türkiyədə "Son uçuş" adıyla da oxucuların ixtiyarına verilib. Üçüncü kitabı isə hekayələr toplusu olan "Gözəgörünməzlər"dir. Kitab cəmiyyətimizdə gözəgörünməyən maraqlı insanların həyatından bəhs edən hekayələr toplusundan ibarətdir.

Gələcəkdə roman yazmağı düşünən yazıçı  "Gözəgörünməzlər" kitabını Güney Azərbaycanda da çap etdirəcəyini düşünür.

Fidan SALMANOVA,

“Xalq qəzeti”

 





Mədəniyyət