Mədəniyyət xəbərləri

post-img

Hollivud ulduzu Arnold Şvartsene­ger “Cəsarət” mükafatına layiq görü­lüb. 

Məşhur sənətçi və Kaliforniyanın keç­miş qubernatoru olan Şvartsenegerə mü­kafatı Los-Ancelesdəki Holokost Memori­al Muzeyi təqdim edəcək.

O, bu mükafata antisemitizm və fana­tizmə qarşı apardığı uzunmüddətli təbli­ğatına görə layiq görülüb. Arnold Şvart­seneger eyni zamanda bu məramla keçirilən müxtəlif tədbirlərə mütəmadi olaraq maddi dəstək verib.

***

ABŞ-ın Florida ştatının Maya­mi şəhərində Azərbaycana həsr olunmuş “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azər­baycanlıları İcmasının təşkilatçılığı ilə baş tutub. Rəsmi hissədən sonra tarixi Vətənini dünyada təmsil edən, ABŞ-da yaşayan azərbaycanlı mu­siqiçi Xan Bəyli (Şirvan Ağabəyli) Azərbaycana həsr olunmuş “Vətənin nəğ­mələri” adlı solo konsertlə çıxış edib. Xan Bəylinin və onu müşayiət edən musiqiçi qrupun ifası alqışlarla qarşılanıb. 

***

Müvafiq ekspert komissiyası Xalq rəssamı Natiq Əliyevin yumşaq materialdan (gildən) hazırlayaraq təqdim etdiyi “Aşıq Ələsgər” abidəsini təsdiqləyib.

Natiq Əliyev bildirib ki, hazırda xalq şeirimizin ən böyük nümayəndələrindən olan sənətkarın heykəlin bürüncdən tökülməsi prosesi sürətlə davam etdirilir. Abidə yaxın zamanlarda tam ha­zır olacaq. 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət