“Google” yeni süni intellekt modeli təqdim edib

post-img

ABŞ-da yerləşən “Google” qlobal texnoloji firması cümə günü robotların müəyyən hərəkətləri yerinə yetirməsi üçün görmə funksiyasını yerinə yetirən və dilləri tərcümə edən yeni süni intellekt (AI) modelini təqdim edib.

“Robotics Transformer 2” (RT-2) ad­lanan model internetdəki mətn və şəkil­lər üzərində öyrədilmiş görmə-dillər üzrə fəaliyyət modelidir. O, ümumi ideyaları və anlayışları öyrənə və sonra robotun dav­ranışını məlumatlandırmaq üçün bu bilik­ləri ötürə bilir. RT-2, həmçinin mürəkkəb düşünməni həyata keçirməyə imkan verir və robotun hərəkətlərini idarə etmək üçün konsepsiyaları ötürməklə yanaşı, çıxış ro­bot hərəkətlərini təmin edir.

“Çat-bot”lardan fərqli olaraq, RT-2, məsələn, alma toplamaq və ya zibil atmaq kimi vəzifələri yerinə yetirə bilən robot üçün siqnalları təmin etmək qabiliyyətinə malikdir. Başqa sözlə, RT-2 ilə robotlar bi­zim kimi daha çox öyrənə bilir, öyrənilmiş anlayışları yeni situasiyalara köçürürlər. Bu model süni intellektdə irəliləyişlərin robot texnikasına necə sürətlə keçdiyini göstərməklə yanaşı, daha çox yeniliklər üçün böyük vədlər verir, həmçinin ümumi təyinatlı robotların fəaliyyətini təmin edir.

M.HACIXANLI, “Xalq qəzeti”

Dünya