“Twitter”in adı və loqosu yeniləndi

post-img

Sosial media nəhəngi “Twitter”in loqosu və adı dəyişib. Şirkətin baş direktoru İlon Mask, sosial media platformasının klassik quş loqosunu “X” hərfi ilə əvəz edib.

“Twitter” hesabının təsvir bölümünə “X.com” yazan Mask, proqramın ünva­nının artıq “twitter.com”a yönləndirildiyini açıqlayıb. Dəyişiklik həmçinin mobil tət­biqlərə də gəlib. “Twitter”in son yenilən­məsini endirən istifadəçilər cihazlarında quş loqosu əvəzinə “X”ı görəcəklər. İ. Mask “Twitter”in San-Fransiskodakı baş qərargahındakı lövhəyə yeni ad və loqo­nu əlavə edib. 

Qeyd edək ki, şirkət daha əvvəl də lövhəni dəyişməyə çalışmışdı, lakin vergi departamentindən icazə alınma­dığı üçün polis tərəfindən ləğv edilmiş­di.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya