Külək əsəcək, leysan yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-24°, gündüz 26-31° isti olacaq.

Abşeron çimərliklərin­də dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqul­ba) 25-26°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaqAzərbaycanın rayonların­da əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda ara­bir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güc­lənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 26-31°, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya