Əsəbi necə qoruyaq?

post-img

Əsəbləri sakitləşdirməyin müxtəlif yolları var. Buraya nəfəs məşqləri, meditasiya və yoqa kimi üsullar daxil­dir. Təbiət və təmiz hava da əsəblərə sakitləşdirici təsir göstərir.

Psixiatr Mixail Kaştanovun sözlərinə görə, özünə qulluq və məşq kimi fiziki fəa­liyyət sinirləri effektiv şəkildə sakitləşdir­məyin yollarındandır. O deyib ki, xoşbəxt­likdən, əsəbləri sa­kitləşdirməyə kömək edən bir çox şey var. 

Tənəffüs məşqləri, meditasiya, yoqa və ya əzələlərin ra­hatlanması diqqəti cəmləməyə, zehni sakitləşdirməyə və fiziki gərginliyi azaltmağa kömək edir.

Təbiət sinirlərə inanılmaz sakitləşdirici təsir göstərir. Parkda gəzinti, meşəyə səyahət və ya sadəcə, dəniz sahilində, yaşıllıqda oturmaq möcüzələr yaradır. Təmiz hava, təbiətdən gələn quş, su, yağış səsləri zehnə sakitləşdirici təsir göstərə bilər. 

Dost vacib amildir. Bəzən ətrafınızda etibar edə biləcəyiniz birinin olması lazımdır. Stress zaman dostlardan, ailədən dəstək almaq çox faydalıdır.

İdman təkcə bədən üçün deyil, həm də ağıl üçün faydalı­dır. Qaçış, rəqs, velosiped sürmə və ya yoqa kimi fiziki fəaliyyət stressi azalda və sinirləri sakitləşdirə bilər.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat