NASA-nın canlı yayımları

post-img

ABŞ Aerokosmik Agentliyi (NASA) kəşflərini və kosmos araş­dırmalarını daha yaxşı nümayiş et­dirmək üçün “NASA+” adlı platfor­ma quracağını açıqlayıb. 

Kosmik agentlik hazırda öz say­tında buraxılış və digər tədbirləri canlı yayımlasa da, “NASA+”da təkcə canlı yayımlar deyil, həm də orijinal video seriyalar və sənədli filmlərin kolleksiya­ları təqdim ediləcək. Platforma hər kəs üçün pulsuz və reklamsız olacaq.

Yeni platforma iOS və android proqramları vasitəsilə mobil cihazlarda əlçatan olacaq. Həmçinin platforma­ya masaüstü və mobil brauzerlərdən, Apple TV, Fire TV kimi media pleyerlə­rindən də daxil olmaq mümkündür.

NASA-nın kommunikasiya ofisin­dən Mark Aktifd deyib: “Yeni yayım platforması ilə kosmosu sizə daha yaxın edəcəyik. NASA-nın havada və kosmosda naməlum obyektləri necə araşdırdığını, kəşflər vasitəsilə bəşə­riyyətin xeyrinə etdiyi yenilikləri təqdim edəcəyik.” 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya