UNEC Webometricsdə də birinci oldu

post-img

Dünya Universitetlərinin Webo­metrics reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dün­ya universitetlərinin 10 faizliyində yer alaraq, ölkə üzrə ilk dəfə birinci yerə yüksəldi.

Dünyanın 32 minə yaxın universi­tetlərinin reytinqini hazırlayan Webo­metrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazır­da inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pil­lədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək, ölkədə birinci oldu.

Qeyd edək ki, QS Dünya Universi­tetləri reytinqində də (QS World Uni­versity Rankings) UNEC ölkə birincisi olmuşdu.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya