Xətai Sənət Mərkəzində etüdçü rəssamların sərgisi keçirildi

post-img

Naturadan işlənmiş əsərlərə ictimai marağın artırılması məqsədi ilə mərkəzin üçüncü mərtəbəsində “Etüd əsərlər guşəsi” adlanan sərgi açılıb. Rəssamlığın etüdçülük qolu ilə məşğul olan rəssamlar daha fərqli ekspozisiyalar yaratmağı qarşılarına məqsəd qoyaraq öz əsərlərini etüdsevərlərə təqdim edirlər. 

Qeyd edək ki, Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirmişdir. 2017-ci ildə keçirilmiş “Vətənin tərənnümü” adlı respublika  etüd əsərlər  müsabiqəsi, Şamaxı rayonu Avaxıl kəndi qrupla  etüd turu, 2018 və 2023-cü ildə keçirilmiş Qusar rayonu Əniq kəndi qrupla  etüd turu,  Azərbaycan gənclər gününə həsr olunmuş “Çiçəklər etüdü”1 və 2-ci qrup və “Plener əsərlər” sərgilərini misal göstərmək olar. 

Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan  əldə edilən etüd əsərlərdən ibarət bir kolleksiyaya sahibdir. Bu əsərlərin bir hissəsi mərkəzin etüd guşəsində sərgilənir. Bəyəndiyiniz etüd əsərləri mərkəzdən əldə edə bilərsiniz. Etüd əsərlər güşəsi və etüd əsərlər haqda yenilikləri isə Xətai Sənət Mərkəzinin  media hesabları üzərindən  “Etüd əsərlər guşəsi” adı altında izləyə biləcəksiniz.











Mədəniyyət