Nikol Paşinyan: 44 günlük müharibədən sonra biz möcüzəvi şəkildə dövlətimizi xilas etdik

post-img

44 günlük müharibədən sonra biz az qala möcüzəvi şəkildə dövlətimizi xilas etdik. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz dövlətimizi və dövlətçiliyimizi təhlükəyə atdıq, bunu öz iradəmizlə deyil, xoş niyyət və ya çox haqlı qorxular əsasında etdik".

N.Paşinyanın sözlərinə görə, bu gün də vəziyyət eynidir.

“Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıranlar Ermənistanın mövcudluğunu, onun suverenliyini və müstəqilliyini şübhə altına alırlar. Mən buna əminəm”, -deyə o əlavə edib.

"Xalq qəzeti"

Dünya