Türkiyənin məşhur kino aktyoru və müğənnisi Özkan Uğur 70 yaşında vəfat edib. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter”ində yazıb. Məlumatı “İzvestiya.ru” verib.
Nazir yazıb: “Əziz dostumuz Özkan Uğuru itirdik. Ancaq biz onun hər bir dinləyici tərəfindən sevilən, hər kəsin ilham aldığı səsini unutmayacağıq”.
Artist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, çoxdan əziyyət çəkdiyi xəstəliyinin şiddətlənməsindən sonra düşdüyü xəstəxanada həyatla vidalaşıb.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”