Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına “Zerkalo” XVII Beynəlxalq Film Festivalı başa çatıb.
Qeyd edək ki, festivalın beynəlxalq münsiflər heyətində azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov da təmsil olunub.
Bir həftə davam edən festivalda 12 ölkədən 8 film iştirak edib. Münsiflər heyətinin Qran-pri mükafatı hindistanlı rejissor Caişankar Aryarın çəkdiyi “Şivamma” filminə verilib. “Ən yaxşı rejissor” mükafatına ABŞ ekran əsəri “Fremont”a görə iranlı rejissor Babək Cəlali layiq görülüb. Münsiflər heyətinin xüsusi mükafatı Levan Koquaşvilinin gürcü filmi “Brayton 4”ə verilib.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”