Artıq başa çatmış Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub.
Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur. “Marxal” kompleksinin Yay Teatrında keçirilən konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər – Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Üzeyir Hacıbəyli, Ramiz Mirişli, Fikrət Əmirov və digər Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları alqışlarla qarşılanıb.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”