Masallı rayonunda tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illik yubileyinə həsr olunan “Xeyirxahlıq mücəssəməsi” adlı tədbir keçirilib.
Rayon Mərkəzi kitabxanasının əməkdaşları Ağahüseyn Hüseyni və Bilqeyis Məmmədova xeyirxahlıq əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyevin cəmiyyətdə tutduğu mövqeyindən, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətlərindən bəhs ediblər. H.Z.Tağıyevin müdrikliyi, heyranedici səxavəti, xalqının gələcəyinə qayğısı ilə nəsillərin yaddaşında silinməz iz qoyduğu məruzə ilə diqqətə çatdırılıb.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”