“MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti Tofiq Bakıxanovla olacaq

post-img

İyulun 12-də Qara Qarayevin ev-muzeyində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovla olacaq.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.

Tədbir müddətində, həmçinin “Bəstəkarlıq sənətinin inkişafı Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və təbliğində gənc nəslin rolu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tədbirin bədii hissəsində gənc, istedadlı musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının məşhur əsərləri səsləndiriləcək.

"Xalq qəzeti"

Mədəniyyət