Professor Şəfəq Əlibəyli “Heydər Zirvəsi -100” diplomu və medalı ilə təltif edilib

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli “Heydər Zirvəsi -100” diplomu və medalı ilə təltif edilib. 

Qeyd edək ki, bu günlərdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Qafqaz-Media” İctimai Birliyinin elan etdiyi “Heydər zirvəsi” layihəsinin qalibi müəyyən olunub. Mükafat birliyin nümayəndəsi tərəfindən Ş.Əlibəyliyə təqdim edilib. Hörmətli professoru təbrik edir, elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

Mədəniyyət