Gürcü müğənni: Azərbaycan mahnılarından ibarət albom buraxmaq niyyətindəyəm

post-img

Azərbaycan xalq və bəstəkar mahnılarını çox sevirəm. Azərbaycan mahnılarını ifa etmək və onlara klip çəkdirmək mənim üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış gürcü müğənni Veriko Turaşvili deyib.

Bu vaxta qədər “Ay Laçın”, “Sarı gəlin” və “Arzu” mahnılarını məharət edən müğənni bu günlərdə Rəşid Behbudovun “Bahar sənsiz” mahnısı ilə diqqəti cəlb edib. O bəzi mahnılara klip çəkdirib.

Veriko Turaşvili deyib: “Bu günədək “Ay Laçın” və “Sarı gəlin” mahnılarına klip çəkdirmişəm. Bu günlərdə isə SSRİ və Azərbaycanın Xalq artisti Rəşid Behbudovun ifa etdiyi “Bahar sənsiz” mahnısına klip çəkdirdim. Yaxın vaxtlarda isə “Arzu” mahnısına klip çəkdirmək niyyətindəyəm”.

Azərbaycan mahnılarından ibarət albom buraxmaq niyyətində olduğunu bildirən ifaçı qeyd edib ki, alboma 8 xalq və bəstəkar mahnımız daxil ediləcək.

Mədəniyyət